Bank Of Baku

Beynəlxalq Şahmat Federasiyası yeni reytinq cədvəlini açıqlayıb

Beynəlxalq Şahmat Federasiyası yeni reytinq cədvəlini açıqlayıb
# 01 sentyabr 2011 07:20 (UTC +04:00)
Bakı – APA. Beynəlxalq Şahmat Federasiyası (FİDE) sentyabr ayı üçün yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, yeni siyahı Azərbaycan milli komandasının liderləri üçün uğursuz olub.

Belə ki, ötən ay 9-cu pillədə yer alan həmyerlimiz Şəhriyar Məmmədyarov ilk “10-luğu” tərk edib. 5 pillə geriləyən qrossmeysterimiz yeni siyahıda 2746 xalla 14-cüdür. Digər şahmatçımız Vüqar Həşimov (2756) da 1 rəqibini irəli buraxıb və 12-ci pilləyə enib. Buna baxmayaraq, o indi Azərbaycanın ən güclüsüdür.

Zəka sahiblərimizdən yalnız Teymur Rəcəbov mövqeyini yaxşılaşdırıb. O ilk “10-luq”dakı yerini qaytara bilməsə də, 13-cü yerə yüksəlib. 1 pillə irəli gedən təmsilçimizin aktivində 2752 reytinq xalı var.

Qeyd edək ki, yeni siyahıya yenə də norveçli Maqnus Karlsen başçılıq edir. 21 yaşlı qrossmeyster 2823 reytinq xalına malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR