Bank Of Baku

Lənkəran Şahmat Məktəbinin yetirmələri Həştərxanda keçirilən Beynəlxalq Şahmat Festivalında 5 medal qazanıblar - FOTOSESSİYA

Lənkəran Şahmat Məktəbinin yetirmələri Həştərxanda keçirilən Beynəlxalq Şahmat Festivalında 5 medal qazanıblar - <font color=red>FOTOSESSİYA</font>
# 01 sentyabr 2011 11:32 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Avqustun 17-dən 28-ə kimi Həştərxanda VI Beynəlxalq Şahmat Festivalı keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, 7 ölkə (İngiltərə, İran, Azərbaycan, Ukrayna, Kazaxıstan, Ermənistan və Rusiya) və Rusiya Federasiyasının 14 regionundan 200-dək şahmatçı qələbə uğrunda mübarizə aparıb. Azərbaycanı həmin mötəbər yarışda Lənkəran Şəhər Şahmat Məktəbinin 5 yetirməsi təmsil edib. Qrupa rəhbərlik edən Lənkəran Şəhər Şahmat Məktəbinin direktoru İdrak Dadaşovun sözlərinə görə, festivalın proqramına ümumilikdə 6 şahmat tədbiri - Blits, sürətli, klassik şahmat və oyun seansları daxil edilib.

Güclülərdən ibarət açıq turnirdə 5 beynəlxalq qrossmeyster, 3 beynəlxalq usta və 10 FİDE ustası daxil olmaqla cəmi 104 şahmatçı mübarizə aparıb. Güclü rəqiblərə baxmayaraq Lənkəran Şahmat Məktəbinin nümayəndəsi Elnur Əliyev 9 oyundan 7 xal toplayaraq 2-ci yeri tutub. 16 yaşadək şahmatçılardan ibarət “Nadejda Astarxani” turnirində isə həmyerlimiz 14 yaşlı Cavidan Babazadə bütün rəqiblərini üstələyərək çempion olub. 10 yaşadək şahmatçılar arasında Kənan Əhədzadə birinci yeri tutaraq Lənkəran şahmatçılarının uğurlarını davam etdirib. Sürətli şahmat turnirində Cavidan Babazadə ikinci, Murad Rzayev isə üçüncü yerə layiq görülüb. Bu turnirdə Kənan Əhədzadə 10 yaşadək şahmatçılar arasında birinci nəticə göstərib. Qeyd edək ki, şahmatçılarımızın rəhbəri, Lənkəran Şəhər Şahmat Məktəbinin direktoru İdrak Dadaşov ölkəmizi bu festivalda hakim qismində təmsil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR