Bank Of Baku

Astarada şahmat üzrə Azərbaycan çempionatının seçmə yarışları keçirilir

Astarada şahmat üzrə Azərbaycan çempionatının seçmə yarışları keçirilir
# 01 sentyabr 2011 16:57 (UTC +04:00)
Astara. Ağəddin Babayev – APA. Astara şəhərində şahmat üzrə kişilər və qadınlar arasında Azərbaycan çempionatının seçmə yarışlarına start verilib. APA-nın cənub bürosunun məlumatına görə, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə düzənlənən yarış 10 gün davam edəcək.

Yarış Dövlət Himninin səslənməsi ilə başlayıb. Seçmə turda ölkənin 21 rayonundan 61 şahmatçı qələbə uğrunda mübarizə aparacaq. Dairəvi sistem üzrə keçirilən yarış 9 turdan ibarət olacaq. Qalib olan 5 güclü şahmatçı Azərbaycan çempionatına vəsiqə qazanacaq. Digər qalib iştirakçılar isə pul, qiymətli hədiyyə, diplom və fəxri fərmanlarla mükafatlandırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR