Bank Of Baku

Daha bir azərbaycanlı qrossmeyster Dünya Kubokunda növbəti mərhələyə yüksəlib

Daha bir azərbaycanlı qrossmeyster Dünya Kubokunda növbəti mərhələyə yüksəlib
# 02 sentyabr 2011 14:17 (UTC +04:00)
Bakı – APA. Rusiyanın Xanti-Maysiysk şəhərində keçirilən şahmat üzrə Dünya Kubokunda daha bir azərbaycanlı qrossmeyster mərhələ adlayıb. Apasport.az saytının məlumatına görə, Teymur Rəcəbov və Vüqar Həşimovun ardından Şəhriyar Məmmədyarov da yarışın 1/16 final mərhələsində iştirak etmək hüququ qazanıb.

Təmsilçimiz 1/32 finalda almaniyalı Daniel Fridmanla hər 2 oyunda heç-heçə etsə də, tay-breykdə onu məğlub etməyi bacarıb – 1,5:0,5.

Qeyd edək ki, növbəti mərhələnin ilk görüşləri sabah keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR