Bank Of Baku

Azərbaycan şahmatçıları Dünya Kubokunda 1/8 finala vəsiqə qazanıblar

Azərbaycan şahmatçıları Dünya Kubokunda 1/8 finala vəsiqə qazanıblar
# 05 sentyabr 2011 06:51 (UTC +04:00)
Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvlərindən Teymur Rəcəbov və Vüqar Həşimov daha bir mərhələni arxada qoyublar.

Qrossmeysterlərimiz müvafiq olaraq, fransalı Etyen Bakro və rusiyalı Yevgeni Tomaşevskini mübarizədən kənarlaşdırıblar. Həmyerlilərimiz hər ikisi 1,5:0,5 hesabı ilə qələbə qazanaraq, 1/8 finala vəsiqə qazanıblar.

Şəhriyar Məmmədyarov isə 1/32 finalda olduğu kimi 1/16 finalın da əsas oyunlarını heç-heçə (1:1) başa vurub. O bu gün ukraynalı Yaroslav Jerebuxla tay-brekdə münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, Dünya Kubokunun qalibi 2012-ci ildə keçiriləcək şahmat tacına iddiaçıların görüşündə iştirak hüququ qazanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR