Bank Of Baku

Azərbaycanlı qrossmeyster Dünya Kubokunun 1/8 final mərhələsinə yüksələ bilməyib

Azərbaycanlı qrossmeyster Dünya Kubokunun 1/8 final mərhələsinə yüksələ bilməyib
# 05 sentyabr 2011 13:49 (UTC +04:00)
Bakı – APA. Rusiyanın Xanti-Maysiysk şəhərində keçirilən şahmat üzrə Dünya Kubokunda daha bir azərbaycanlı qrossmeyster mübarizəni dayandırıb. Apasport.az saytının məlumatına görə, ukraynalı Yaroslav Jerebuxla heç-heçə edən Şəhriyar Məmmədyarov tay-brekdə məğlubiyyətə üzülüb.

Belə ki, ilk partiyada qalib gələn rəqib ikinci görüşdə də 0,5 xal qazanaraq, 1/8 finala yüksəlib. Şəhriyar isə 1/16 finalda yarışı vaxtından əvvəl dayandırmaq məcburiyyətində qalıb.

Qeyd edək ki, Teymur Rəcəbov və Vüqar Həşimovun 1/8 finala vəsiqə qazandığı Dünya Kubokunda Məmmədyarovdan öncə Namiq Quliyev və Rauf Məmmədov mübarizəni dayandırmışdılar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR