Bank Of Baku

Azərbaycan şahmatçıları Dünya Kubokunun 1/8 finalının ilk matçında qələbə qazanıblar

Azərbaycan şahmatçıları Dünya Kubokunun 1/8 finalının ilk matçında qələbə qazanıblar
# 06 sentyabr 2011 16:30 (UTC +04:00)
Bakı - APA-Sport. Rusiyanın Xantı-Maysiysk şəhərində keçirilən şahmat üzrə Dünya Kubokunda bu gün 1/8 final mərhələsinin ilk oyunları baş tutub.

Apasport.az saytının məlumatına görə, bu mərhələdə mübarizə aparan Azərbaycan qrossmeysterləri - Teymur Rəcəbov və Vüqar Həşimov görüşlərini qələbə ilə başa vurublar.

Rəcəbov rusiyalı Dmitri Yakovenko ilə görüşün 48-ci gedişdə rəqibi mat edib. Həşimov isə Peter Xayne Nilsenə (Danimarka) qalib gəlib. O, 73-cü gedişdə danimarkalı zəka sahibini ağ bayraq qaldırmağa məcbur edib.

Qeyd edək ki, 1/8 final mərhələsinin ikinci görüşləri sabah keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR