Bank Of Baku

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov Dünya Kubokunda 1/4 finala yüksəlib

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov Dünya Kubokunda 1/4 finala yüksəlib
# 07 sentyabr 2011 17:02 (UTC +04:00)
BakıAPA. Rusiyanın Xanti-Maysiysk şəhərində keçirilən şahmat üzrə Dünya Kubokunda bu gün 1/8 final mərhələsinin ikinci oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, 1/4 final mərhələsi ərəfəsində Azərbaycan yığmasının üzvləri - Teymur Rəcəbov və Vüqar Həşimov fərqli nəticələr göstəriblər.

İlk matçda ağ fiqurlarla qələbə qazanan hər 2 qrossmeysterimizdən Teymur uğurlu çıxışını davam etdirib. O rusiyalı Dmitri Yakovenko ilə qarşılaşmada heç-heçə edərək, iki oyunun nəticəsinə görə (1,5:0,5) 1/4 finalda oynamaq hüququ qazanıb.

Lakin Rəcəbovdan fərqli, Həşimov növbəti mərhələyə yüksəlmək şansını tay-brekə saxlayıb. Danimarkalı Peter Xayne Nilsenə ilk görüşdə qalib gələn Vüqar bu gün özü mat olub və hesab bərabərləşib- 1:1.

Qeyd edək ki, tay-brek matçları sabah oynanılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR