Bank Of Baku

Vüqar Həşimov: “Sonuncu səhvi rəqib etdi, mən də bundan yararlandım”

Vüqar Həşimov: “Sonuncu səhvi rəqib etdi, mən də bundan yararlandım”
# 09 sentyabr 2011 08:47 (UTC +04:00)
Bakı – APA. “Rəqibim bəzən çox gözəl oynayırdı. Prinsipcə, bütün oyunlar çox maraqlı alındı”. Apasport.az saytının məlumatına görə, bunu şahmat üzrə Azərbaycan milli komandasının üzvü Vüqar Həşimov deyib.
Rusiyanın Xanti-Maysiysk şəhərində keçirilən Dünya Kubokunun 1/8 finalında danimarkalı Peter Xayne Nilseni tay-brekdə məğlub edən həmyerlimiz rəqibin səhvi nəticəsində mərhələ adladığını deyib: “Mənə elə gəlir ki, biz bu matçı yüksək səviyyədə keçirdik. Lakin sonuncu səhvi rəqib etdi və mən qalib gəldim”.
Qeyd edək ki, Həşimov bu gün 1/4 final mərhələsinin ilk matçına çıxacaq. O ukraynalı Ruslan Ponomaryovla qarşılaşacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR