Bank Of Baku

Azərbaycan şahmatçıları Dünya Kubokunda çıxışlarını başa vurublar

Azərbaycan şahmatçıları Dünya Kubokunda çıxışlarını başa vurublar
# 12 sentyabr 2011 06:49 (UTC +04:00)
Bakı – APA. Rusiyanın Xanti-Maysiysk şəhərində keçirilən şahmat üzrə Dünya Kubokunda Azərbaycan qrossmeysterləri çıxışlarını vaxtından əvvəl yekunlaşdırıblar. Apasport.az saytının məlumatına görə, 1/4 final mərhələsinə kimi irəliləyən Vüqar Həşimovun ardından Teymur Rəcəbov da bu mərhələni keçə bilməyib.

Belə ki, əsas oyunlarda ukraynalı Vasili İvançukla heç-heçə edən (1:1) millimizin üzvü tay-brekdə məğlubiyyətə üzülüb. O ilk görüşdə Olimpiya çempionu ilə xalları yarı bölsə də, ikinci qarşılaşmada şahını qoruya bilməyib. Nəticədə 0:5:1,5 hesabı ilə uduzan həmyerlimizin yarımfinal çıxmaq istəyi arzu olaraq qalıb.

Qeyd edək ki, Azərbaycan yığması Dünya kubokuna 5 şahmatçı ilə qatılmışdı. Onlardan Rauf Məmmədovla Namiq Quliyev 1/64, Şəhriyar Məmmədyarov isə 1/16 final mərhələsində uduzaraq, yarışı tərk etmişdilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR