Bank Of Baku

Lənkəranda şahmat turniri keçirilib

Lənkəranda şahmat turniri keçirilib
# 07 oktyabr 2011 17:33 (UTC +04:00)
Lənkəran.Ağəddin Babayev – APA. Lənkəran Şəhər Şahmat Məktəbində rayonun ümumtəhsil məktəblilərinin şagirdləri arasında keçirilən şahmat üzrə şəxsi birincilik turniri başa çatıb. APA-nın cənub bürosunun məlumatına görə, Beynəlxalq müəllimlər gününə həsr edilmiş yarışlarda 64 zəka sahibi öz qüvvəsini sınayıb. 9 turdan 9 xal toplayaraq 100 faizlik nəticə ilə Murad Rzayev turnirin qalibi olub. İkinci yeri 8 xalla Kənan Əhədzadə, 3-cü yeri isə 7 xalla Emil Bağırlı tutub. Qızlar arasında isə ilk pilləyə 6 xalla Fatimə Babazadə yüksəlib.
Turnirin yekununda qaliblər Lənkəran Şəhər Təhsil Şöbəsinin və Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR