Bank Of Baku

Azərbaycanın şahmat üzrə kişilərdən ibarət milli komandası Ermənistan komandasına 3-1 hesabı ilə qalib gəlib

Azərbaycanın şahmat üzrə kişilərdən ibarət milli komandası Ermənistan komandasına 3-1 hesabı ilə qalib gəlib
# 05 noyabr 2011 09:25 (UTC +04:00)
Apasport.az saytının məlumatına görə, Azərbaycanın kişilərdən ibarət milli komandası yarışın ikinci oyun günündə Ermənistan, qadın komandamız isə Litva komandaları ilə üz-üzə gəlib.

Komandamızın kapitanı Vladimir Tukmakov ermənilərə qarşı İtaliyanı məğlub etdiyimiz heyəti çıxarıb. Teymur Rəcəbov ilk turda olduğu kimi, I lövhədə yenə heç-heçə ilə kifayətlənib. O, bu dəfə Levon Aronyanla xalları yarı bölüb. III lövhədə yer alan Şəhriyar Məmmədyarov Vladimir Akopyanla “sülh”ə razılaşıb. Qədir Hüseynov isə Qabriel Sarkisyanı mat edib. Həmyerlimiz IV lövhədə rəqibini üstələməklə, komandamızı hesabda önə çıxarıb. Millimizin heyətində ən gec yenə Vüqar Həşimovun partiyası başa çatıb. Şahmatçımız II lövhədə Sergey Movsesyanı məğlub etməklə, yığmamıza 3:1 hesablı qələbə qazandırıb.

II tur

Kişilər


ERMƏNİSTAN - AZƏRBAYCAN - 1:3
Levon Aronyan (2802) - Teymur Rəcəbov (2781) - 0,5:0,5
Sergey Movsesyan (2710) - Vüqar Həşimov (2757) - 0:1
Vladimir Akopyan (2681) - Şəhriyar Məmmədyarov (2733) - 0,5:0,5
Qabriel Sarkissyan (2671) - Qədir Hüseynov (2636) - 0:1

2 turdan sonra turnir cədvəli: 1. Rumıniya 4 (şəxsi göstərici 7), 2. Yunanıstan 4 (6,5), 3. Rusiya 4 (6), 4. Azərbaycan 4 (5,5), 5. İspaniya 4 (5)...

Fikrət Sideyfzadənin baş məşqçisi olduğu qadınlardan ibarət komandamız isə yenə qələbə qazana bilməyib. İlk turda Gürcüstana uduzan (1,5:2,5) zəriflərimiz Litva ilə dueldən bərabərliklə ayrılıb.

Qadınlar

AZƏRBAYCAN - LİTVA - 2:2
Zeynəb Məmmədyarova (2314) – Deymante Daulite (2238) - 1:0
Gülnar Məmmədova (2290) - Salomeya Zaksayte (2200) - 0:1
Türkan Məmmədyarova (2277) – Dominika Batkovskite (2102) - 0:1
Nərgiz Umudova (2210) - Qiedre Vanaqayte (1958) - 1:0

2 turdan sonra turnir cədvəli: 1. Serbiya 4 (7,5), 2. Rusiya 4 (6), 3-4. Ukrayna 4 (5,5), Rumıniya 4 (5,5), Gürcüstan 4 (5)... 21. Azərbaycan 1 (3,5)...

Qeyd edək ki, yarışa noyabrın 11-də yekun vurulacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR