Bank Of Baku

Şahmatçılarımız 1 milyon dollarlıq yarışda mübarizə aparacaq

Şahmatçılarımız 1 milyon dollarlıq yarışda mübarizə aparacaq
# 08 dekabr 2011 10:16 (UTC +04:00)
Bakı – APA. Çinin paytaxtı Pekində “SportAccord” Dünya İntellektual Oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, şahmat, dama, bridj, qo və ksianq (Çin daması) növləri üzrə keçiriləcək yarışda ölkəmizi beynəlxalq qrossmeysterlər Şəhriyar Məmmədyarov və Vüqar Həşimov təmsil edəcəklər.

Dekabrın 16-dək davam edəcək turnirdə şahmatçılarımızın rəqibləri Vanq Xao, Vanq Yue (hər ikisi Çin), Vasili İvançuk, Ruslan Ponomaryov (hər ikisi Ukrayna), Sergey Karyakin, Aleksandr Qrişuk (hər ikisi Rusiya), Qata Kamski (ABŞ), Quanq Liem Le (Vyetnam), Fransisko Valyexo (İspaniya), Aniş Qiri (Hollandiya), Lenyer Dominqes (Kuba), Maksim Vaşye-Laqrav, Peter Nilsen (Danimarka) və Zoltan Almaşi (Macarıstan) olacaqlar.

Qeyd edək ki, yarışın ümumi mükafat fondu 1 milyon ABŞ dollarıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR