Bank Of Baku

Göyçayda şahmat üzrə respublika seçmə yarışları keçirilir

Göyçayda şahmat üzrə respublika seçmə yarışları keçirilir
# 03 yanvar 2012 18:13 (UTC +04:00)
Göyçay. Elvin Yaqubov-APA. Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə yanvarın 3-də Göyçay Olimpiya İdman Kompleksində yeniyetmə şahmatçıların respublika seçmə turnirinə start verilib. APA-nın məlumatına görə yarışın açılış mərasimində Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Lütfiyar Rüstəmov, Göyçay rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz İbrahimov çıxış edib. Məlumat verilib ki, Gənclər və İdman Nazirliyinin təqvim planına uyğun olaraq keçirilən və ölkənin 40 şəhər və rayonundan 300-dən artıq 8-16 yaşlı yeniyetmə şahmatçının iştirak etdiyi yarış gündə bir tur olmaqla 9 turdan ibarət İsveçrə sistemi ilə keçirilir. Oyunları respublika dərəcəli hakim Kamran Salehovun rəhbərliyi ilə 15 hakim idarə edir. Yanvarın 11-də başa çatacaq turnirdə ilk üç yeri tutan şahmatçılara diplomlar veriləcək və martda Bakıda keçiriləcək respublika çempionatının final mərhələsinə vəsiqə əldə edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR