Bank Of Baku

Türkan Məmmədyarova Azərbaycan çempionu titulunu qoruyub

Türkan Məmmədyarova Azərbaycan çempionu titulunu qoruyub
# 18 yanvar 2012 11:09 (UTC +04:00)
Bakı-APA. Qadın şahmatçılar arasında Azərbaycan çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, 12 zəka sahibinin iştirakı ilə keçirilən yarışın qalibi adını Türkan Məmmədyarova (2262) qazanıb.

O, 11 mümkün xaldan 8,5-ni toplayaraq, ötən ilki titulunu qoruyub. Çempionatın gümüş medalı Türkanın bacısı Zeynəbə (2318) qismət olub. O, 8 xal yığıb. Üçüncü yeri isə Zeynəbdən 0,5 xal az toplayan Gülnar Məmmədova tutub.

Qeyd edək ki, Məmmədova Xəyalə İsgəndərova ilə eyni xal toplasa da (7,5), əlavə göstəricilərə görə onu üstələyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR