Bank Of Baku

Azərbaycan idmançısı Peşəkar Şahmatçılar Assosiasiyasının kuboku uğrunda yarışacaq

Azərbaycan idmançısı Peşəkar Şahmatçılar Assosiasiyasının kuboku uğrunda yarışacaq
# 20 yanvar 2012 11:05 (UTC +04:00)
Bakı-APA. Fevralın 17-22-də Tiflisdə qadın arasında Peşəkar Şahmatçıların Assosiasiyasının (PŞA) kuboku uğrunda sürətli şahmat üzrə yarış keçiriləcək. Apasport.az saytının məlumatına görə, turnirdə ölkəmizi Zeynəb Məmmədyarova təmsil edəcək.

Onun rəqibləri isə Aleksandra Kostenyuk, Nadejda və Tatyana Kosinseva bacıları (hər üçü Rusiya), Nana Caqnidze, Maya Çeburdanidze (hər ikisi Gürcüstan), Viktoriya Çmilite (Litva), Antoaneta Stefanova (Bolqarıstan), Anna Muzıçuk (Sloveniya), Katerina Lahno (Ukrayna), Pia Kramlinq (İsveç) və Anna Zatonskix (ABŞ) olacaqlar.

Yarışın mükafat fondu 40 min ABŞ dolları təşkil edəcək. Çempion adını qazanacaq zəka sahibi isə 10 min dollara sahib olacaq.

Qeyd edək ki, PŞA-nın prezidenti Emil Sutovski Bakıda anadan olub və hazırda İsraildə yaşayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR