Bank Of Baku

Azərbaycan qrossmeysterləri yenə Veyk-an-Zeedə qələbə qazana bilməyiblər

Azərbaycan qrossmeysterləri yenə Veyk-an-Zeedə qələbə qazana bilməyiblər
# 26 yanvar 2012 07:27 (UTC +04:00)
Bakı-APA. Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə ənənəvi beynəlxalq turnirdə X turun oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, yarışda mübarizə aparan azərbaycanlı qrossmeysterlər - Teymur Rəcəbovla (2773) Vüqar Həşimov (2761) yenə xal itkisi ilə üzləşiblər.

Belə ki, ağ fiqurlarla oynayan Rəcəbov Lyuk Van Veli (Hollandiya, 2692) görüşdə üstünlüyündən istifadə edə bilməyib və ənənəsini davam etdirib. “Sülhsevər oğlanımız” yenə xal bölgüsünə üstünlük verib.

Həşimov isə qara fiqurlarla Boris Gelfandla (İsrail, 2739) qarşılaşıb. O da komanda yoldaşı kimi lövhədən 0,5 xalla ayrılıb.

X tur

Veselin Topalov (Bolqarıstan, 2770) - Fabiano Karuana (İtaliya, 2736) – 0:1
Aniş Qiri (Hollandiya, 2714) – Levon Aronyan (Ermənistan, 2805) – 0:1
David Navara (Çexiya, 2712) – Vasili İvançuk (Ukrayna, 2766) –0:1
Boris Gelfand (İsrail, 2739) – Vüqar Həşimov (2761) - 0,5:0,5
Teymur Rəcəbov (2773) – Lyuk Van Veli (Hollandiya, 2692) – 0,5:0,5
Sergey Karyakin (Rusiya, 2769) – Qata Kamski (ABŞ, 2732) – 0,5:0,5
Hikaru Nakamura (ABŞ, 2759) - Maqnus Karlsen (Norveç, 2835) - 0,5:0,5


10 turdan sonra turnir cədvəli: Aronyan – 7,5 xal; İvançuk – 6,5; Karlsen, Rəcəbov – 6; Nakamura, Karuana – 5,5; Kamski, Van Veli – 5; Karyakin – 4,5; Qiri, Topalov, Həşimov, Gelfand – 4; Navara – 2,5.

Qeyd edək ki, XI turda Azərbaycan dueli – Həşimov – Rəcəbov dueli baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR