Bank Of Baku

Azərbaycan idmançısı rəqibini 27-ci gedişdə mat edib

Azərbaycan idmançısı rəqibini 27-ci gedişdə mat edib
# 26 yanvar 2012 07:40 (UTC +04:00)
Bakı-APA. Qibraltarda şahmat üzrə beynəlxalq turnirdə II turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda həmyerlimiz Şəhriyar Məmmədyarov (2747) ikinci görüşünü də layiqli qələbə ilə başa vurub.

O, bu dəfə israilli Nabati Tamarı (2563) mat edib. Rəqib Məmmədyarov qarşısında 27-ci gedişdə “ağ bayraq” qaldırıb.

Qeyd edək ki, fevralın 2-ə kimi davam edəcək yarışda Şəhriyar III turda Naycel Şortla (İngiltərə, 2677) qarşılaşacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR