Bank Of Baku

Şəhriyar Məmmədyarov məğlub olub

Şəhriyar Məmmədyarov məğlub olub
# 27 yanvar 2012 07:15 (UTC +04:00)
Bakı-APA. Cəbbəllütariqdə keçirilən şahmat üzrə beynəlxalq turnirdə III turu azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov (2747) üçün uğursuz alınıb. Apasport.az saytının məlumatına görə, yarışdakı yeganə həmyerlimiz 2 qələbənin ardınca bu dəfə uğursuzluğa düçar olub.

O, Naycel Şortla (İngiltərə, 2677) mübarizədə 32-ci gedişdə məğlubiyyətlə barışıb. Nəticədə aktivində 2 xalı olan Məmmədyarov 3 turdan sonra turnir cədvəlində 256 zəka sahibi arasında 29-cudur.

Qeyd edək ki, fevralın 2-ə kimi davam edəcək yarışda Şəhriyar növbəti turda ABŞ şahmatçısı Anna Zatonski (2506) turda qarşılaşacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR