Bank Of Baku

Azərbaycan şahmatçılarının Hollandiyadakı qarşılaşmasında Teymur Rəcəbov qalib gəlib

Azərbaycan şahmatçılarının Hollandiyadakı qarşılaşmasında Teymur Rəcəbov qalib gəlib
# 28 yanvar 2012 08:32 (UTC +04:00)
Bakı – APA. Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə ənənəvi beynəlxalq turnirdə XI turun oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, yarışda mübarizə aparan azərbaycanlı qrossmeysterlər - Teymur Rəcəbov (2773) və Vüqar Həşimov (2761) bu dəfə bir-biri ilə qarşılaşıblar. Azərbaycan derbisi artıq 53-cü gedişdə qaralarla oynayan Teymurun xeyrinə başa çatıb. Ümumilikdə, cəmi 1 heç-heçənin qeydə alındığı turda liderlər Levon Aronyan və Vasili İvançuk məğlub olublar. Bunun nəticəsində Rəcəbov zirvəyə bir az da yaxınlaşıb. Hazırda 2-ci yerə şərik olan şahmatçımız liderdən cəmi yarım xal geri qalır.

Qeyd edək ki, 11 turdan sonra turnir cədvəlinə 7,5 xal ilə Aronyan başçılıq edir. Sonrakı yerləri Karlsen və Rəcəbov (7), İvançuk və Karuana (6,5), Nakamura (6), Kamski və Karyakin (5,5), Van Veli və Gelfand (5), Qiri, Topalov və Həşimov (4), Navara (3,5) tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR