Bank Of Baku

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov beynəlxalq turnirdə üçüncü qələbəsini qazanıb

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov beynəlxalq turnirdə üçüncü qələbəsini qazanıb
# 28 yanvar 2012 08:47 (UTC +04:00)
Bakı – APA. Qibraltarda şahmat üzrə beynəlxalq turnirdə IV tur azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov (2 747) üçün uğurlu alınıb. Apasport.az saytının məlumatına görə, yarışdakı yeganə həmyerlimiz ötən tur ingiltərəli Naycel Şortdan aldığı məğlubiyyəti bu dəfə qələbə ilə unutdurub.

O, ABŞ-ı təmsil edən əslən ukraynalı olan qadın şahmatçısı Anna Zatonskidən (2506) güclü olub. Nəticədə, Məmmədyarov xal hesabını 3-ə çatdıra bilib. Dörd turdan sonra həmyerlimiz turnir cədvəlində 256 zəka sahibi arasında 13-cüdür. Şəhriyar ötən turla müqayisədə 16 pillə irəliləyişə nail olub.

Qeyd edək ki, fevralın 2-ə kimi davam edəcək yarışda Şəhriyar növbəti turda Almaniya təmsilçisi Niklas Huşenbetlə (2 518) qarşılaşacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR