Bank Of Baku

Şahmat üzrə Azərbaycan və Rusiya milli komandaları yoldaşlıq görüşü keçirəcək

Şahmat üzrə Azərbaycan və Rusiya milli komandaları yoldaşlıq görüşü keçirəcək
# 31 yanvar 2012 12:38 (UTC +04:00)
Bakı-APA. Şahmat üzrə kişilərdən ibarət Azərbaycan və Rusiya milli komandaları arasında yoldaşlıq görüşü keçiriləcək. Apasport.az saytının məlumatına görə, hələ yeri dəqiqləşməyən qarşılaşmada hər yığmanın heyətində 5 zəka sahibi iştirak edəcək.

Martın 2-dən 6-dək keçiriləcək ilk 5 oyun günündə şahmatçılar klassik sistemlə oynayacaqlar. Yığmanın hər bir üzvü əks düşərgədən olan 5 rəqibi ilə üz-üzə gələcək.

Martın 7-8-də isə onlar sürətli şahmatda bir-birlərini sınağa çəkəcəklər. Bu görüş Olimpiada öncəsi olacağından hər 2 komandanın əsas heyətlə yarışacağı gözlənilir.

Qeyd edək ki, təklif Rusiya tərəfindən gəlib və Azərbaycan da bunu böyük məmnuniyyətlə qəbul edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR