Bank Of Baku

Azərbaycanlı qrossmeyster beynəlxalq turnirdə növbəti dəfə heç-heçə edib

Azərbaycanlı qrossmeyster beynəlxalq turnirdə növbəti dəfə heç-heçə edib
# 01 fevral 2012 07:27 (UTC +04:00)
Bakı-APA. Cəbbəllütariqdə keçirilən şahmat üzrə beynəlxalq turnirdə daha bir tur arxada qalıb. Apasport.az saytının məlumatına görə, yarışda mübarizə aparan azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov (2747) VIII oyun günündə də xal itkisi ilə üzləşib.

Həmyerlimiz Neci Parimaryanın (Hindistan, 2641) ardından Maykl Adamsla (İngiltərə, 2724) da heç-heçə edib. Bu heç-heçədən sonra Məmmədyarov 6 xalla 256 şahmatçı arasında 4-cü yerdədir.

Qeyd edək ki, Şəhriyar sonuncu - IX turda ABŞ-ı təmsil edən erməni əsilli Varuzan Akobyanla (2617) qarşılaşacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR