Bank Of Baku

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov beynəlxalq turnirdə Varuzan Akobyana qalib gəlib

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov beynəlxalq turnirdə Varuzan Akobyana qalib gəlib
# 02 fevral 2012 08:24 (UTC +04:00)
Bakı-APA. Cəbəllütariqdə şahmat üzrə beynəlxalq turnirdə növbəti turun oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışda mübarizə aparan azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov (2747) IX turda ABŞ-ı təmsil edən erməni əsilli Varuzan Akobyanla (2617) qarşılaşıb.

Həmyerlimiz ardıcıl 2 heç-heçədən sonra bu dəfə qələbə qazanıb. O, 104-cü gedişdə Akobyanı mat edib.

Bu qələbədən sonra Məmmədyarov 7 xalla 256 şahmatçı arasında 3-cü yerə yüksəlib. Onun X turda rəqibi yarışın vahid lideri, 7,5 xala malik çinli Yifan Hou (2605) olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR