Bank Of Baku

Şəhriyar Məmmədyarov Cəbəllütariqdə keçirilən beynəlxalq turnirdə mükafatçılar sırasına düşə bilməyib

Şəhriyar Məmmədyarov Cəbəllütariqdə keçirilən beynəlxalq turnirdə mükafatçılar sırasına düşə bilməyib
# 03 fevral 2012 07:40 (UTC +04:00)
Bakı-APA. Cəbəllütariqdə şahmat üzrə keçirilən beynəlxalq turnirə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda mübarizə aparan azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov (2747) sonuncu turda dünya çempionu çinli Yifan Hou (2605) ilə qüvvəsini sınayıb.

Həmyerlimiz bu dəfə qələbə seriyasını davam etdirə bilməyib və xanım şahmatçı ilə heç-heçə edib.

Nəticədə Məmmədyarov Maykl Adamsla bərabər 7,5 xal toplasa da, əlavə göstəricilərə görə 4-cü yeri tutub. Turnirin qalibi adını isə Naycel Şort qazanıb. O, Şəhriyardan 1 xal çox toplayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR