ABB Banklararası Şahmat Çempionatının qalibi olub

ABB Banklararası Şahmat Çempionatının qalibi olub
# 31 may 2023 15:43 (UTC +04:00)

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə keçirilmiş banklararası şahmat çempionatı başa çatıb.

APA-Economics” xəbər verir ki, nəticələrə əsasən, çempionatda ABB komandası qalib gəlib. ABB təmsilçiləri Rəsul Mənsimli, Zöhr Babazadə və Rauf Hacılı şəxsi hesabda da 2-ci, 3-cü və 4-cü yerləri qazanıblar.

Artıq 6-cı dəfədir ki, keçirilən çempionatda bu il 15 maliyyə qurumundan 60-a yaxın nümayəndə iştirak edib. Banklararası Şahmat Çempionatının məqsədi Azərbaycanda şahmatın kütləviliyini artırmaq və bank sektorunda çalışanların asudə vaxtlarını səmərəli təşkilidir.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR