Azərbaycan şahmatçısı Dünya Kubokuna vəsiqə qazanıb

Azərbaycan şahmatçısı Dünya Kubokuna vəsiqə qazanıb
# 14 mart 2023 15:38 (UTC +04:00)

Serbiyanın Vrnyaçka Banya şəhərində kişilər arasında şəxsi Avropa çempionatı keçirilib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan şahmatçılarından Nicat Abasov 11 oyundan 7,5 xal toplamaqla 17-ci yeri tutub.

O, bu nəticə ilə Dünya Kubokuna vəsiqə əldə edib.

Digər təmsilçimiz Əhməd Xaqan reytinqini artıraraq FİDE ustası titulunun normativini yerinə yetirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR