Bank Of Baku

Beynəlxalq Şahmat Federasiyasının Prezidenti Arkadi Dvorkoviç istefa verib

Arkadi Dvorkoviç

© APA | Arkadi Dvorkoviç

# 24 iyul 2026 10:59 (UTC +04:00)

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Prezidenti Arkadi Dvorkoviç vəzifəsini müvəqqəti tərk etdiyini bildirib.

APA xəbər verir ki, Dvorkoviç bunu adının Avropa İttifaqının 21-ci sanksiyalar siyahısına salınması ilə izah edib.

O, Avropa İttifaqının qərarını əsassız adlandırıb, bildirib ki, qərarla bağlı bütün mümkün hüquqi addımlar atılacaq.

Arkadi Dvorkoviç hesab edir ki, məhkəmənin yekun qərarınadək sanksiyalar FİDE-nin fəaliyyətinə mane ola bilər, bu səbəbdən də prezident vəzifəsindən müvəqqəti olaraq könüllü getmək qərarı verib.

FİDE-nin Nizamnaməsinə görə, Prezident səlahiyyətlərini qurumun vitse-prezidenti, şahmat üzrə 15-ci dünya çempionu Vişvanatan Anand icra edəcək.

Xatırladaq ki, Arkadi Dvorkoviç 2018-ci ildən FİDE-nin prezidentidir. O, 2022-ci ildə keçirilən seçkidə ikinci dəfə bu vəzifəyə seçilib.

Qeyd edək ki, Arkadi Dvorkoviç 2012–2018-ci illərdə Rusiyanın baş nazir müavini vəzifəsində çalışıb. Avropa İttifaqının açıqladığı məlumatda bildirilir ki, o, FIDE prezidenti kimi Rusiyanın Krımı ilhaq etməsini açıq şəkildə dəstəkləyib, işğal olunmuş Ukrayna ərazilərini "Rusiyanın yeni əraziləri" adlandırıb. Bundan əlavə, Dvorkoviç Rusiya Şahmat Federasiyasının Himayəçilər Şurasının üzvüdür. Aİ-nin məlumatına görə, həmin federasiya Krım, Donetsk, Luqansk, Zaporojye və Xerson kimi işğal olunmuş Ukrayna ərazilərində şahmat turnirləri təşkil edib. Bu səbəbdən Aİ Dvorkoviçi Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozan və ya təhdid edən fəaliyyətləri dəstəkləyən şəxslər siyahısına daxil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR

Stolüstü oyunlar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR