Bank Of Baku

Respublika Şahmat Mərkəzinə direktor təyin edilib

Elşən Məmmədov, Respublika Şahmat Mərkəzinin direktoru

© APA | Elşən Məmmədov, Respublika Şahmat Mərkəzinin direktoru

# 02 noyabr 2024 10:30 (UTC +04:00)

Respublika Şahmat Mərkəzinə yeni direktor təyin edilib.

APA-nın xəbərinə görə, Gənclər və İdman Naziri Fərid Qayıbovun əmri ilə bu vəzifə Elşən Məmmədova həvalə olunub.

E.Məmmədov yeni təyinatadək Qusar Olimpiya İdman Kompleksinə iki il rəhbərlik edib.

Daha əvvəl isə o, 23 ilədək idman jurnalisti kimi "Şərq" və "Futbol+" qəzetləri, APA Sport, Lent.az və "Report" agentliklərində müxbir və redaktor kimi çalışıb. 2020-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalına, 2016-cı ildə isə Gənclər və İdman Nazirliyi tərəfindən "İlin idman jurnalisti" adına layiq görülüb.

E.Məmmədov eyni zamanda İdman Araşdırmalar Mərkəzinin rəhbəri kimi ardıcıl 10 dəfə "İlin Qalibləri" layihəsini, həmçinin minifutbol və voleybol üzrə Zəfər Kuboku turnirlərini təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR