Şəhriyar Məmmədyarov reytinq siyahısında irəliləyib

Şəhriyar Məmmədyarov reytinq siyahısında irəliləyib
# 01 aprel 2024 10:38 (UTC +04:00)

Beynəlxalq Şahmat Federasiyası (FIDE) növbəti reytinq siyahısını açıqlayıb.

Apasport.az FIDE-yə istinadla xəbər verir ki, yenilənmiş siyahıda 8 azərbaycanlı ilk "100-lüy"ə daxil olub.

Ötən ayla müqayisədə 2 pillə irəliləyən Şəhriyar Məmmədyarov (2733) 17-ci sıraya yüksəlib. 3 mövqe geriləyən Teymur Rəcəbov isə (2723) 28-ci olub. Rauf Məmmədov (2651) 85-ci yerdə qalıb. Nicat Abasov "100-lük"dən kənardadır.

Qadın qrossmeysterlərdən Günay Məmməzadə (2436) 34-cü, Gövhər Beydullayeva (2402) 46-cıdır. Bundan əlavə, Ülviyyə Fətəliyeva (2377) 72-ci, Xanım Balacayeva (2371) 77-ci, Gülnar Məmmədova (2352) 99-cu pillədə qərarlaşıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR