Bank Of Baku

Azərbaycan şahmatçıları beynəlxalq turnirin qalibi olublar

Azərbaycan şahmatçıları beynəlxalq turnirin qalibi olublar
# 25 noyabr 2014 13:31 (UTC +04:00)

Bakı – APA. Birləşmiş Ərəb Əmirliklərinin Şarj şəhərində qadın və kişilər arasında keçirilən şahmat üzrə beynəlxalq turnirə yekun vurulub. Apasport.az saytının məlumatına görə, hər 2 yarışın qalibi adını Azərbaycan millisinin üzvləri qazanıblar.

 

Belə ki, 9 turun yekununa əsasən Ülviyyə Fətəliyeva (2252) bütün rəqiblərindən üstün olub. O, 8 xalla vahid lider olaraq, turnirin baş mükafatına yiyələnib. Yarışda mübarizə aparan Xəyalə Abdulla (2299) 6 xalla 4-cü, ondan 1 xal az yığan Nərmin Xələfova (2161) 6-cı yeri tutub.

 

Kişilərin mübarizəsində isə Qədir Hüseynov (2592) daha güclü olub. 9 oyundan 7 xal toplayan qrossmeysterimiz əlavə göstəricilərə görə çempion adını qazanıb. Digər həmyerlilərimizdən Eltac Səfərli (2628) 6,5 xalla 5-ci, Nicat Abasov (2509) 6 xalla 7-ci olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR