Bank Of Baku

Azərbaycanın məşhur şahmatçısı Vüqar Həşimov dəfn olunub - YENİLƏNİB - FOTOSESSİYA - VİDEO

Azərbaycanın məşhur şahmatçısı Vüqar Həşimov dəfn olunub - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 14 yanvar 2014 11:50 (UTC +04:00)

APA-nın məlumatına görə, Respublika Şahmat Mərkəzində keçirilən vida mərasimində dövlət rəsmiləri, millət vəkilləri, mərhumun yaxınları, idmançı yoldaşları iştirak ediblər.

 

V. Həşimov vida mərasiminin ardından 3-cü Fəxri xiyabanda torpağa tapşırılıb.

 

 

 

***

 

saat 11.03

 

Bakı. Gülnar Bəşirova - APA. Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişmiş azərbaycanlı qrossmeyster Vüqar Həşimovla vida mərasimi başlayıb.

 

APA-nın məlumatına görə, vida mərasimi Respublika Şahmat Mərkəzində keçirilir.

 

Vida mərasimindən sonra V. Həşimov 3-cü Fəxri xiyabanda torpağa tapşırılacaq. Bunun ardından Təzəpir məscidində ehsan veriləcək.

 

Qeyd edək ki, Vüqar Həşimov yanvarın 11-də dünyasını dəyişib. Onun nəşi gecə saatlarında xüsusi reyslə Bakıya gətirilib.

 

1986-cı il iyulun 24-də Bakıda anadan olan Vüqar Həşimov üçqat Azərbaycan çempionu tituluna sahib idi. Qrossmeyster 2009-cu ildə yığmamızın heyətində Avropa çempionu olub. O, 2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi olub. Həşimov uzun müddətdir əziyyət çəkdiyi beyin xərçəngindən dünyasını dəyişib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR