Bank Of Baku

Azərbaycanlı qrossmeyster superturnirdə oynayacaq

Azərbaycanlı qrossmeyster superturnirdə oynayacaq
# 06 fevral 2013 12:16 (UTC +04:00)

Bakı-APA. Norveçin Stavanger şəhərində şahmat üzrə keçiriləcək superturnirin təşkilatçıları iştirakçıların tam siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, yarışda dünyanın ən güclü qrossmeysterləri ilə yanaşı, Azərbaycan şahmatçısı Teymur Rəcəbov (2793) da mübarizə aparacaq.

 

Təmsilçimizin rəqibləri Maqnus Karlsen (2872), Vladimir Kramnik (2810), Levon Aronyan (2809), Sergey Karyakin (2786), Vişvanatan Anand (2780), Veselin Topalov (2771), Hikaru Hakamura (2767), Van Xao (2743) və Con Lyudviq Hammer (2629) olacaq.

 

Qeyd edək ki, turnir mayın 7-18-də baş tutacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR