Bank Of Baku

Maqnus Karlsen şahmat üzrə dünya çempionu olub

Maqnus Karlsen şahmat üzrə dünya çempionu olub
# 22 noyabr 2013 16:06 (UTC +04:00)

Bakı – APA. Norveçli Maqnus Karlsen şahmat üzrə 16-cı dünya çempionu olub. Apasport.az saytının məlumatına görə, o, hindistanlı Vişvanatan Anandla şahmat tacı uğrunda 10-cu görüşdə qələbə qazanıb.

 

Az öncə oynanılan partiya 65-ci gedişdə heç-heçə ilə başa çatıb. Bundan sonra Karlsen ümumi hesabda 6,5:3,5 hesabı ilə rəqibindən üstün olub.

 

Qeyd edək ki, Anand 2007-ci ildə dünya çempionluğunu rusiyalı Vladimir Kramnik üzərindəki qələbə ilə qazanmışdı. Hindistanlı şahmat tacını 2010-cu ildə bolqarıstanlı Veselin Topalov və 2012-ci ildə Boris Gelfandla görüşlərdə qoruya bilmişdi.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR