Bank Of Baku

FHN-in İdman-sağlamlıq klubu şahmat çempionatı keçirib - FOTO

FHN-in İdman-sağlamlıq klubu şahmat çempionatı keçirib - <span style="color: red;">FOTO
# 30 yanvar 2015 13:44 (UTC +04:00)

Bakı. APA. Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubu tərəfindən 26-30 yanvar 2015-ci il tarixlərində nazirliyin qurumları arasında şahmat üzrə çempionat keçirilib.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində baş tutan çempionatda 26 komandadan 80-ə yaxın idmançı iştirak edib. Yarış həm şəxsi, həm komanda hesabında İsveçrə sistemi üzrə keçirilib. Komandaların tərkibində 3 əsas və 1 ehtiyat oyunçu yer alıb.

 

Beynəlxalq dərəcəli hakim Bəxtiyar Rüstəmovun hakimi olduğu çempionatda yığılan xalların ümumi miqdarına görə qalib komanda və şəxslər müəyyən olunub. Komanda hesabında 1-ci yeri Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, 2-ci yeri FHN-in Akademiyası, 3-cü yer isə Dövlət Yanğından Mühafizə Xidmətinin komandası tutub. Şəxsi hesabda 1-ci yeri Ayaz Hüseynov (“İzotop” xüsusi kombinatı), 2-ci yeri Elçin Əsədov (Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi), 3-cü yeri Zəfər Teymurov (Maddi-Texniki Təchizat İdarəsi) tutub.

 

Qalib gələn şahmatçılar diplom, kubok, medal və qiymətli hədiyyələrlə təltif ediliblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR