Bank Of Baku

Kirsan İlyumjinov FİDE prezidentliyindən istefa verməsi barədə məlumatı təkzib edib - YENİLƏNİB

Kirsan İlyumjinov FİDE prezidentliyindən istefa verməsi barədə məlumatı təkzib edib - <span style="color: red;">YENİLƏNİB
# 27 mart 2017 15:08 (UTC +04:00)

Kirsan İlyumjinov Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti postundan istefa verməsi ilə bağlı məlumatları təkzib edib.

 

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə o, TASS-a açıqlamasında bildirib.

 

FİDE prezidenti təşkilatın rəhbəri vəzifəsindən getmədiyini açıqlayıb: "Məni əvəz etmək istəyirdilər, lakin bu alınmadı. Mən heç nəyi imzalamadım, istefaya da getmirəm. Hesab edirəm ki, bu, amerikalıların işidir".

 

Qeyd edək ki, FİDE-nin rəsmi saytında martın 26-da Afinada keçirilən iclasda Kirsan İlyumjinovun təşkilatın prezidentliyindən istefa verdiyi haqda məlumat yerləşdirilib.

 

 

***

 

saat 16.59

 

FİDE-nin prezidenti Kirsan İlyumjinov istefa verib.

 

Apasport.az saytının məlumatına görə, bu, qurumun rəsmi saytında açıqlanıb.

 

Bildirilir ki, Afinada İlyumjinov qərarını FİDE-nin Prezident Şurasının Afinada keçirilən iclasında verib.

 

Qeyd edək ki, 1995-ci ildən federasiyaya rəhbərlik edən rusiyalı funksioner 2014-cü ildə növbəti dəfə rəhbər seçilmişdi.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR