Bakı. Gülnar Bəşirova - APA. Kompüter oyunları üzrə VIII Azərbaycan Milli Çempionatı başa çatıb.
APA-nın xəbərinə görə, birincilik uğrunda Azərbaycanın 22 rayon və şəhərindən komandalar 4 oyun qaydası üzrə mübarizə aparıb.
Qaliblər Gənclər və İdman Nazirliyi və “Kiber İdman Federasiyası” tərəfindən təsis edilmiş diplom və qiymətli hədiyyələrlə təltif olunublar.