Bank Of Baku

Şəhriyar Məmmədyarov iddiaçıların turnirində növbəti dəfə heç-heçə oynayıb

Şəhriyar Məmmədyarov iddiaçıların turnirində növbəti dəfə heç-heçə oynayıb
# 21 mart 2018 03:31 (UTC +04:00)

Berlində şahmat tacına iddiaçıların turnirində II dövrəyə start verilib. Apasport.az saytının məlumatına görə, yarışın VIII turunda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Sergey Karyakinlə qarşılaşıb.

 

İddiaçılar turniri

 

VIII tur

 

 

 

Aleksandr Qrişuk (2767, Rusiya) - Vladimir Kramnik (2800, Rusiya) - 1:0

 

Şəhriyar Məmmədyarov (2809, Azərbaycan) - Sergey Karyakin (2763, Rusiya) - 0.5:0.5

 

Liren Dinq (2769, Çin) - Levon Aronyan (2794, Ermənistan) - 0.5:0.5

 

Uesli So (2799, ABŞ) - Fabiano Karuana (2784, ABŞ) - 0.5:0.5

 

 

 

Turnir cədvəli: Karuana - 5.5 xal; Məmmədyarov – 5; Qrişuk - 4.5; Dinq - 4; Kramnik, Karyakin - 3.5; Aronyan, So – 3

 

 

İlk turda rəqibini qara fiqurlarla məğlub edən təmsilçimiz bu dəfə “ağ”larla oynayıb. Lider Fabiano Karuananın Uesli So ilə heç-heçəsindən yararlana bilməyən Şəhriyar da matçı bərabərə bitirərək liderlik şansını əldən verib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR