Bank Of Baku

Teymur Rəcəbov: “Londona bütün oyunları uduzmağa gəlməmişəm”

Teymur Rəcəbov: “Londona bütün oyunları uduzmağa gəlməmişəm”
# 28 mart 2013 07:48 (UTC +04:00)

Bakı – APA. “Ağ fiqurlarla göstərdiyim nəticələri nəzərə alsaq, bu heç-heçəni müsbət qiymətləndirmək olar”. Apasport.az saytının məlumatına görə, bunu azərbaycanlı qrossmeyster Teymur Rəcəbov deyib. 


Londonda keçirilən iddiaçılar turnirinin X turunda Pyotr Svidlerlə oyununu şərh edən Rəcəbov bildirib ki, xalları yarı bölməsinə baxmayaraq, heç-heçə etməsindən razı qalıb: “Mən elə oğlan deyiləm ki, bura bütün oyunları uduzmağa gəlim. Düşündüm ki, əgər Pyotr qələbəyə oynayacaqsa, mən də bunun üçün mübarizə aparacağam. Çünki başqa variantım yox idi. Həyatımda heç-heçələrdən çox narazı qaldığım dövrlər də olub. Amma indi düşünürəm ki, bəzən xalları yarı bölmək yaxşı nəticədir”. 

Qeyd edək ki, Rəcəbov 10 turdan sonra 3,5 xalla İvançukla 9-10-cü yerləri bölür. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR