Bakı – APA. Bu gün Yunanıstanın Saloniki şəhərində şahmat üzrə Qran-pri çərçivəsində 4-cü turnirin startı veriləcək. Apasport.az saytının məlumatına görə, yarışda iştirak etməli olan azərbaycanlı qrossmeyster Teymur Rəcəbov yarışa getməyib.
Həmyerlimizin əvəzinə turnirdə Etyen Bakro (Fransa) oynayacaq. İlk 3 turnirə qatılan Şəhriyar Məmmədyarov isə bu dəfə istirahət edəcək.
Qeyd edək ki, Teymurun yaxın günlərdə ata olacağı gözlənilir.