Bank Of Baku

Vergi xidməti əməkdaşları arasında keçirilən şahmat turniri başa çatıb - FOTO

Vergi xidməti əməkdaşları arasında keçirilən şahmat turniri başa çatıb - <span style="color: red;">FOTO
# 27 aprel 2013 12:58 (UTC +04:00)

Bakı-APA. Vergi xidməti əməkdaşları arasında Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş ənənəvi şahmat turnirinə yekun vurulub. Vergilər Nazirliyinin  Analitik informasiya şöbəsindən APA-ya verilən məlumata görə, turniri Vergilər Nazirliyi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə keçirib. Yarışlara aprel ayının 6-da start verilib. Turnirdə Nazirliyin struktur vahidlərinin əməkdaşları iştirak ediblər. Yarışlar Olimpiya sistemi üzrə keçirilib.

 

Turnirin qalibi Vergilər Nazirliyinin Aparatından Əli Həsənov olub. Nazirliyin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin əməkdaşı Babək İbrahimov turnirdə 2-ci yeri tutub. 3-cü yer uğrunda yarışda Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin əməkdaşı Azay Məmmədov qalib gəlib. Turnirdə yüksək nəticələr göstərmiş əməkdaşlar mükafatlandırılıblar. Tədbirə qatılan şahmat üzrə qrossmeyster Sərxan Quliyev yarış iştirakçıları ilə eyni zamanda oyun seansı keçirib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR