Apasport.az saytının məlumatına görə, yarışla bağlı bütün xəbərləri www.shamkirchess.az və www.shamkirchess.com ünvanında izləmək mümkün olacaq.
Turnirin medalları Almaniyadan, kuboklar isə Türkiyədən sifariş edilib.
Qeyd edək ki, şüarı "Davamlı gələcəyə doğru" olan “Synergy Group”un təşkil etdiyi yarışın açılış mərasimi aprelin 19-da Şəmkirdə yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.