Goranboyda iki avtomobil toqquşub, xəsarət alanlar var

Goranboyda iki avtomobil toqquşub, xəsarət alanlar var
# 18 iyul 2017 09:18 (UTC +04:00)

Bakı-Qazax magistral yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun Goranboy rayonunun Borsunlu kəndi ərazisindən keçən hissəsində baş verib.

“QAZel” və “Ford” markalı mikroavtobusun toqquşması nəticəsində sürücülər - Goranboy rayon Alpoud kənd sakini, 1984-cü il təvəllüdlü Kərimli Dadaş Cəsur oğlu və Gədəbəy rayon sakini, 1993-cü il təvəllüdlü Abbasov Rafiz Şahin oğlu müxtəlif bədən xəsarətləri alıblar. Onlar Goranboy rayon Mərkəzi xəstəxanasına yerləşdirilib, birinin vəziyyəti normal, digərin isə kafi qiymətləndirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR