Brüsseldə “Nifrətə qarşı marş” aksiyasında 7 mindən çox insan iştirak edib - YENİLƏNİB

Brüsseldə “Nifrətə qarşı marş” aksiyasında 7 mindən çox insan iştirak edib - <span style="color: red;">YENİLƏNİB
# 17 aprel 2016 18:13 (UTC +04:00)

Brüsseldə “Nifrətə qarşı marş” aksiyasında 7 mindən çox insan iştirak edib

Bakı-APA. Bu gün Brüsseldə 22 martda törədilən terror aktı ilə əlaqədar “Nifrət əleyhinə marş” aksiyasında 7 mindən çox insan iştirak edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata gör, aksiya yerli vaxtla saat 14:00-da (Bakı vaxtı ilə 16:00) başlayıb.

Aksiyada terror aktında həyatını itirənlərin qohumları və yaxınları, xəsarət alanlar, müxtəlif dini konfessiyaların nümayəndələri iştirak ediblər. Aksiya iştirakçıları iki kolonla hərəkət ediblər. Birinci kolon Brüsselin Şimal vağzalından, digər kolon Molenbek kommunasından hərəkətə başlayıb. Aksiya qurbanların xatirəsini 1 dəqiqəlik sükutla yad etməklə başa çatıb. Aksiya insidentsiz başa çatıb.

Qeyd edək ki, təşkilatçılar aksiyaya 15 min nəfər toplamağı planlaşdırsalar da, polis aksiyaçıların sayının 7 mindən çox olduğunu açıqlayıb. Təşkilatçılar isə aksiyaya 10 mindən çox insanın qatıldığını iddia ediblər.

Qeyd edək ki, martın 22-də Brüssel aeroportunda iki, “Maelbek” metro stansiyasında isə bir partlayış törədilib. Nəticədə 32 nəfər ölüb, 340 nəfərdən çox insan yaralanıb.

***

17.30

Bakı-APA. Bu gün 2 minə yaxın insan martın 22-də törədilən terror aktı ilə bağlı “Nifrətə qarşı marş” aksiyasında iştirak etmək üçün Brüssel küçələrinə çıxıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Brüssel polisi məlumat yayıb.

Qeyd edək ki, “Nifrət əleyhinə marş” aksiyasının terror aktından bir neçə gün sonra keçirilməsi planlaşdırılsa da, ölkə hakimiyyətinin təhlükəsizliklə əlaqədar xahişi ilə təxirə salınmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR