"Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda V Vergi Forumu keçirilir

"Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda V Vergi Forumu keçirilir
# 10 fevral 2016 07:18 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu gün Bakı Biznes Mərkəzində Vergilər Nazirliyinin təşkilatçılığı ilə "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" adlı V Vergi Forumu keçirilir.

APA-Economics”in məlumatına görə, forumda Prezident Administrasiyasının, Milli Məclisin, Nazirlər Kabinetinin, digər dövlət orqanlarının, Milli Elmlər Akademiyasının müvafiq strukturlarının, Dünya Bankının, yerli bankların, qeyri-hökumət təşkilatlarının, sahibkarların ictimai birliklərinin, kütləvi informasiya vasitələrinin nümayəndələri və iş adamları iştirak edirlər.

Forumda çıxış edən vergilər nazirinin müavini, 3-cü dərəcəli vergi xidməti müşaviri Sahib Ələkbərov bildirib ki, Azərbaycanın xalqının ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi strategiyaya əsaslanan və ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan öz iqtisadi potensialını ildən-ilə artırır, dünyada cərəyan edən proseslərə, zamanın yeni çağırışlarına adekvat cavablar verir. Onun sözlərinə görə, Azərbaycanın davamlı inkişafının və iqtisadi dayanıqlılığının təmin olunmasının əsasında, ilk növbədə, ölkədə yaradılmış siyasi sabitlik, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülmüş tədbirlər dayanır.

S. Ələkbərov qeyd edib ki, Azərbaycan hökumətinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə başçısı 2016-cı ildə ciddi iqtisadi islahatlar aparılacağını bəyan edib, dünyada və regionda baş verən hadisələrin yaratdığı fəsadların Azərbaycana təsirini minimuma endirmək üçün yaranmış yeni iqtisadi şəraitdə daha səmərəli işləməyi və iqtisadi inkişaf templərini daxili resurslar hesabına, düşünülmüş siyasət, islahatlar, o cümlədən struktur islahatları hesabına təmin etməyi tapşırıb: “Yaranmış yeni iqtisadi şərait dövlət-biznes tərəfdaşlıq münasibətlərinin qarşılıqlı faydalılıq, partnyorluq şəklində qurulmasını tələb edir. Dövlət üzərində düşən vəzifələri yerinə yetirməyə, sahibkarlığın inkişafı üçün mövcud biznes mühitini daha da yaxşılaşdırmağa, dünya böhranlarının Azərbaycana təsirini azaltmağa, vətəndaşlarımızı onun neqativ təsirlərindən qorumağa, ölkəmizin sosial-iqtisadi inkişafının sabitliyinin təmin olunmasına çalışır. Bu strategiyanın gələcəkdə də davamlı olması üçün dövlət büdcəsinin gəlirləri artmalıdır və bu işdə biznes strukturları və fərdi sahibkarların da üzərində mühüm vəzifələr düşür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR