® Heydər Əliyev adına Müasir Təhsil Kompleksində görkəmli alimlə görüş keçirildi

<font color=red>® </font>Heydər Əliyev adına Müasir Təhsil Kompleksində görkəmli alimlə görüş keçirildi
# 18 fevral 2016 07:33 (UTC +04:00)

Heydər Əliyev adına Müasir Təhsil Kompleksində mütəmadi olaraq görkəmli alimlərlə, mədəniyyət, incəsənət xadimlərilə görüşlər keçirilirir. Bu cür tədbirlər şagirdlərdə elmə həvəsin daha da artırılmasına, onların geniş dünyagörüşünə malik olmalarına xidmət edir. Belə silsilə tədbirlərdən biri də 16.02.2016-cı il tarixində görkəmli alim, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik, t.e.d., prof. Telman Əliyevlə görüş oldu. O, “Azərbaycanda informatikanın təşəkkülü” mövzusunda əhatəli çıxış etdi və şagirdlərin suallarını cavablandırdı. Görkəmli alim Azərbaycanda kibernetika və informatikanın tarixi və bu günkü inkişafı haqqında slaydlar nümayiş etdirdi, və İnsitutun işlərinin tətbiqi sahələrindən bəhs etdi. Kompleksin direktoru Sevinc xanım Rzayeva Telman Əliyevə bu maraqlı mövzu ilə Kompleksin qonağı olduğu üçün minnətdarlığını bildirərək, şagirdlərin əl işini hədiyyə etdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR