Bakıda idman salonundan oğurluq edən şəxslər saxlanılıb

Bakıda idman salonundan oğurluq edən şəxslər saxlanılıb
# 16 avqust 2016 10:29 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda idman salonundan oğurluq edən şəxslər saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 13-də Qaradağ rayonunun Sahil qəsəbəsində yerləşən idman salonlarından birinin yardımçı otağındakı dolabdan qəsəbə sakini Orxan Kərimova məxsus mobil telefon oğurlanıb.


Qaradağ rayon 38-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakinləri Cahangir Məmmədov, Kamran Hüseynov və Cavid Bədəlov tutulub.


Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR