Naxçıvanda yol hərəkəti qaydalarını pozan sürücülər 1 milyon manata qədər cərimələniblər

Naxçıvanda yol hərəkəti qaydalarını pozan sürücülər 1 milyon manata qədər cərimələniblər
# 03 fevral 2016 19:33 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Naxçıvan Muxtar Respublikasında 2015-ci ildə aşkarlanan yol hərəkəti qaydaları xətalarının statistikası açıqlanıb.

APA-nın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Dövlət Yol Polisi İdarəsinin rəisi Aydın Ağayev deyib ki, keçən il dövlət yol polisi əməkdaşları tərəfindən 22 min 998 yol hərəkəti qaydaları xətası, o cümlədən yolda müəyyən edilmiş sürət həddinin aşılmasına görə 2582, yol nişanlarının tələblərinə riayət etməyən 4822, sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə edən 125, nəqliyyat vasitəsini vəkalətsiz idarə edən 714, nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə edən 517, nəqliyyat vasitəsinin hərəkəti zamanı sükan arxasında telefonla danışan 129, təhlükəsizlik kəmərindən istifadə etməyən 1623, avtonəqliyyat vasitələrini sərxoş vəziyyətdə idarə edən 288 nəfər aşkar edilərək barələrində inzibati qaydada tədbir görülüb.

Yol hərəkəti qayda pozuntularından 3629-u foto və video qeydiyyat funksiyalarına malik olan xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilib. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin cərimə edilməsi barədə qərar çıxarılaraq həmin şəxslərə bildirişlər verilib. Yol hərəkəti qaydalarını pozan sürücülər barəsində qəbul edilmiş qərarlar üzrə cərimə lərin məbləği 925 min 564 manat olub. Cərimələrin 229 min 333 manatı POS-terminallar vasitəsilə ödənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR