Almaniyanın Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində təqdimatla çıxış edib

Almaniyanın Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində təqdimatla çıxış edib
# 17 mart 2016 11:11 (UTC +04:00)

Bakı-APA. Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Haydrun Tempel Bakı Ali Neft Məktəbində (BANM) «Almaniyanın bərpaolunan enerji sahəsində təcrübəsi» mövzusunda təqdimatla çıxış edib.

APA-nın xəbərinə görə, BANM-in rektoru Elmar Qasımov Ali Məktəbin bir sıra beynəlxalq şirkətlərlə əməkdaşlıq etdiyini, Almaniyanın E.ON şirkəti ilə əlaqələrin qurulduğunu, həmçinin Almaniyanın Axen Universiteti ilə bərpaolunan enerji ilə bağlı əməkdaşlıq etdiyini bildirib. Elmar Qasımov dedi ki, bu əməkdaşlıq sayəsində Azərbaycanda ilk dəfə “Bərpaolunan enerji mühəndisliyi üzrə tədris və tədqiqat mərkəzi” BANM-də yaradılıb.

Səfir isə Ali Məktəbin Almaniya universitetləri ilə əməkdaşlığını yüksək dəyərləndirib.

Sonra Haydrun Tempel «Almaniyanın bərpaolunan enerji sahəsində təcrübəsi» mövzusunda məruzə təqdim edib. O, tələbələri maraqlandıran sualları cavablandırıb.

Tədbirin sonunda BANM-in rektoru səfirə Ali Məktəbin “Fəxri qonaq” diplomunu təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR