Məhkəmə Hüseyn Abdullayevin anasının şikayətini təmin etməyib

Məhkəmə Hüseyn Abdullayevin anasının şikayətini təmin etməyib
# 16 mart 2016 07:52 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində sabiq deputat Hüseyn Abdullayevin anası Abdullayeva Zeynəb Bayraməli qızının apellyasiya şikayətinə baxılıb.

APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, Z.Abdullayeva ölkədən getməsinə qoyulan məhdudiyyətin aradan qaldırılması üçün Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət edib.

Məhkəmə iddianı təmin etməyib. Bundan sonra o, apellyasiya şikayəti verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR